Məşhur aktyorun sevgilisi ilə dənizdə səmimi videosu yayıldı 16 İyul 00:08

Məşhur aktyorun sevgilisi ilə dənizdə səmimi videosu yayıldı

41 yaşlı aktyor və 24 yaşlı Nina Aqdal ilə Malibuda dincəlir.

"Sağ qalmış" filmi ilə bu il “Oskar” mükafatı alan ulduz aktyor Leonardo Di Kaprio sevgilisi Nina Aqdal ilə ilk dəfə yaxalanıb. ANS PRESS-in məlumatına görə, Hollivud ulduzu 41 yaşlı aktyor və 24 yaşlı Nina Aqdal ilə Malibuda dincəlir. 

Onların dənizdə səmimi görüntüləri çəkilib. Xoşbəxt cütlük öpüşərək qucaqlaşıblar. Cütlüyün aylar əvvəl mətbuatda yayılan sevgili olma xəbərləri beləcə öz təsdiqini tapıb

Nina Aqdal və Leonardo di Kaprio
Nina Aqdal və Leonardo di Kaprio
Nina Aqdal - model
Nina Aqdal - model

Bir müddət əvvəl Los-Ancelesdə keçirilən 88-ci "Oskar" mükafatlandırma mərasimində aktyor rejissor Alexandro Qonsaless İnyarittonun "Sağ qalmış" filmində canlandırdığı rola görə "Ən yaxşı aktyor" nominasiyasında qalib gəlib. Leonardo Di Kaprio beş dəfə "Oskar" mükafatına namizəd olub.

1994-cü ildə 19 yaşında olarkən “Qilbert Qreypi nə narahat edir?” filmində canlandırdığı rola görə "Ən yaxşı köməkçi kişi aktyoru" kimi namizəd göstərilib. 2005-ci ildə “Aviator”, 2007-ci ildə “Qanlı almaz” və 2014-cü ildə “Uoll-stritdən canavar” filminə görə “Oskar”a namizəd olub.