Məşhur futbolçu ölümdən qayıtdı 13 İyul 15:09

Məşhur futbolçu ölümdən qayıtdı

Hadisə onun evə qayıdışı zamanı baş verib.

Portuqaliya millisinin və "Beşiktaş"ın ulduz futbolçusu Rikardo Kuarejma ölümdən dönüb. ANS PRESS-in məlumatına görə, hadisə komandanın "Avro-2016"nın bitməsindən sonra Parisdən Lissabona qayıdarkən baş verib.

Avropa çempionları üstü açıq avtobusla şəhər turuna çıxıb. Bu zaman avtobusun arxa hissəsində oturaraq azarkeşləri salamlayan Kuarejmanın başı az qala məlumat lövhəsinə dəyəcəkmiş. Xoşbəxtlikdən o, xəsarət almadan yola davam edib.

Kuarejma
Kuarejma

Avropa çempionatının qalibi Portuqaliya yığması ötən gün vətənə dönüb. Lissabonda milli komandanı qarşılamaq üçün minlərlə insan küçələrə axışıb. Yığma komandanın futbolçularını ölkənin prezidenti rəsmi iqamətgahına qonaq edib. AVRO-2016-nın final matçında Portuqaliya əlavə vaxtda vurduğu qolla Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adına sahib çıxıb. Yeganə qolun müəllifi “Lil” klubunun futbolçusu Eder olub.