Məşhur futbolçu Ronaldo və Messidən qabağa düşməkdən imtina etdi 13 İyul 23:48

Məşhur futbolçu Ronaldo və Messidən qabağa düşməkdən imtina etdi

28 yaşlı forvarda ildə 50 milyon avro məvacib təklif olunub.

"Napoli"nin hücumçusu Qonzalo Hiquain Çinin "Hebei China Fortune" klubuna keçməkdən imtina edib. ANS PRESS-in məlumatına görə, 28 yaşlı forvarda ildə 50 milyon avro məvacib təklif edib.

Argentinalı hücumçu rəqabətədavamlı liqada oynamaq istədiyindən bu təklifi geri çevirib. Hiquain "Hebei Fortune"da oynamağa razı olsaydı, Messi və Ronaldonu qabaqlayıb dünyanın ən ödənişli futbolçusu ola bilərdi.

O, 2013-cü ildə "Real Madrid"dən "Napoli" klubuna keçib və ötən mövsüm A Seriyasının bombardiri olub.

Hiquain bir müddət əvvəl Amerika kubokunda məyus olmuşdu. O, Argentina millisi ilə çempionatın həll edici görüşündə Çili yığmasına penalti seriyasında məğlub olub.

Ronaldo və Messi
Ronaldo və Messi