Messinin Türkiyəyə səfəri təxirə salındı 16 İyul 12:40

Messinin Türkiyəyə səfəri təxirə salındı

Oyunda Ərdoğanın da iştirakı nəzərdə tutulmuşdu.

"Barselona"nın argenatinalı ulduz futbolçusu Leonel Messinin Türkiyəyə səfəri baş tutmayıb. ANS PRESS-in məlumatına görə, bu barədə "Daily Mirror" xəbər verib.

Antalyada keçiriləcək dostluq görüşündə iştirak etmək üçün Türkiyəyə gəlməyə hazırlaşan Messi fikrindən daşınıb. Buna səbəb Türkiyədə baş verən son hadisələr olub. 

Antalyada keçirilməsi nəzərdə tutulan dostluq görüşündə dünyanın bir çox məşhur futbol "ulduzları"yla yanaşı Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın da iştirakı nəzərdə tutulmuşdu.