Metsamor AES-in rəhbərliyi məhkəmə qarşısına çıxa bilər 14 İyul 18:31

Metsamor AES-in rəhbərliyi məhkəmə qarşısına çıxa bilər

Dövlətə vurulan zərərin dəyəri 1,7 milyon dollar təşkil edib.

Ermənistanda yerləşən Metsamor Atom Elektrik stansiyasını (AES) mehkəmeyə verilə bilər. ANS PRESS-in məlumatına görə, ölkənin milli təhlükəsizlik nazirliyi erməni AES-da küllü miqdarda yeyinti aşkarlanıb. İş üzrə AES-in yüksək vəzifəli şəxsləri istintaqa cəlb olunub.

Araşdırma zamanı məlum olub ki, AES baş direktoru Qaqik Markosyan, kommersiya direktoru Rubik Movsisyan, baş direktorun maliyyə-iqtisadi məsələlər üzrə müavini Movses Movsisyan və alışa cavabdeh olan Eduard Kazaryan cinayət əlaqəsinə girərək iri həcmdə maliyyə maxinasiyası həyata keçiriblər. Nəticədə dövlətə vurulan zərərin dəyəri 783 milyon 586 min dram (1,7 milyon dollar -red.) təşkil edib. 

İrəvandan 28 km qərbdə yerləşən AES-in iki enerji bloku var. İlk blok 22 dekabr 1976-cı ildə, ikinci isə 5 yanvar 1980-ci ildə istifadəyə verilib. Hazırda istismar edilən blok №2 ölkəyə tələb olunan enerjinin 40%-ni ödəyir.