Milli komanda fəaliyyətin dayandırdı 18 İyul 09:46

Milli komanda fəaliyyətin dayandırdı

Nazir yeni heyətin yığılması üçün göstəriş verdi.

Rusiya Federasiyasının İdman naziri Vitaliy Mutko futbol üzrə milli komandanın ləğv edildiyini elan edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, iyulun 17-si dövlət rəsmisi ictiamiyyətə qərarını açıqlayıb.

Nazir “artıq milli komanda yoxdur, heyət dağılıb” – deyib. V. Mutko halhazırda yeni baş məşqçinin axtarışlarının getdiyini bildirib. Buna səbəb isə Leonid Slutskiynin bütün diqqətini MOİK-də cəmləmək istəyi olub. Odur ki, baş məşqçi postuna gələcək şəxs milli komandanın heyətini yenidən toplamalı olacaq.

RF prezident administrasiyası nazirliyin milli komandanı ləğv etmək haqqında petisiyasını nəzərdən keçirib. Bu ana qədər 931 mindən artıq şəxsin imzasının toplandığı petisiyada rus yığma komandasının heyətinin dağılaraq, yenidən formalaşdırılması xahiş edilib.

Rus azarkeşlər futbol üzrə Milli komandanın ləğv olunmasını neçə vaxtdır ki, tələb edirlər. Bu məqsədlə 24 iyundan etibarən "Change.org"  saytında petisiya da təşkil olunub. Petisiya Rusiya Federasiyasının prezidentinə və Dumaya ünvanlanıb. Azarkeşlər millinin "Avro-2016" da uğursuz çıxışını nəzərə alaraq, cari heyətin ləğvini tələb edir. Yeni heyətin yığılmasını təklif edən azarkeşlərin sayı artıq 50 mini keçib.

Rusiya Futbol Yığmasının baş məşqçisi Leonid Slutskiy postunu tərk edəcək. İdman ustasının dediyinə görə, rus millisinin "Avro-2016"da hansı nəticəni əldə edəcəyindən asılı olmayaraq artıq bu vəzifəni icra etməyəcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin futbol ittifaqı artıq baş məşqçi postuna namizədləri gözdən keçirməyə başlayıb.