Moskva çayından cəsədi tapılan şəxsin azərbaycanlı olduğu müəyyənləşib 13 İyul 20:23

Moskva çayından cəsədi tapılan şəxsin azərbaycanlı olduğu müəyyənləşib

Qeys Məmmədovun sürücüsünün öldürülməsinin planlaşdırılmasından xəbəri olub.

Rusiyada yaşayan azərbaycanlı biznesmen Qeys Məmmədovun sürücüsü öldürülüb. ANS PRESS-in məlumatına görə, “Şeş-beş” restoranlar şəbəkəsinin sahibi Məmmədovun sürücüsü güllələndikdən sonra onun meyiti Moskva çayına atılıb.

Məlumata görə, öldürülən sürücü onun rəisinin biznesi ətrafındakı çəkişmənin qurbanı olub. Q.Məmmədovu İstintaq Komitəsinin əməkdaşları dindiriblər, onun restoranlarında isə araşdırmalar aparılıb.

Artıq bir nəfər şübhəli saxlanılıb. Bildirilir ki, Məmmədov sürücüsünün öldürülməsinin planlaşdırılmasından xəbəri olub. Saxlanılan bir nəfər isə istintaqla əməkdaşlıqdan imtina edib. Bununla belə, istintaqçılar əmindirlər ki, qətl sifariş xarakterlidir.

İyul ayının 9-da Moskva çayında şübhəli paket tapılıb. Paketin işərisində isə qolları və ayaqları bağlı öldürülmüş şəxs tapılıb.