Mourinyo "Mançester Yunayted"də islahatlara başlayır 18 İyul 20:11

Mourinyo "Mançester Yunayted"də islahatlara başlayır

Baş məşqçi transferlərə 91 milyon 230 min avro xərclənmiş futbolçuları göndərmək qərarına gəlib.

Joze Mourinyo "Mançester Yunayted"in heyətində islahatlara başlayır. ANS PRESS-in məlumatına görə, portuqaliyalı mütəxəssis 4 ulduz futbolçunun göndərilməsinə qərar verib.

Məlumata görə, Mourinyo Bastian Şvaynşteyger, Xuan Mata, Daley Blind və Markos Rojonu komandasında görmək istəmir.

"Mançester Yunayted" Matanı "Çelsi"dən 44.73, Rojonu "Sportinq"dən 20, Blindi "Ayaks"dan 17.5, Şvaynşteygeri "Barvariya"dan 9 milyon avroya almışdı.

İndi isə Mourinyo transferlərinə 91 milyon 230 min avro xərclənmiş futbolçuları göndərmək qərarına gəlib.

Ceyms Rodriges
Ceyms Rodriges

Bu arada Zlatan İbrahimoviç, Henrix Mkıtıryan və Erik Bayllini "Mançester Yunayted"ə gətirən Joze Mourinyonun istədiyi digər ulduzun kimliyi müəyyənləşib. Portuqaliyalı mütəxəssis Ceyms Rodrigesi komandasında görmək istəyir.

İddialara görə, "Mançester Yunayted" kolumbiyalı ulduz üçün "Real"a 60 milyon avro təklif edir. Rodriges özü də İngiltərədə oynamağa razıdı. İndi yalnız "Real"ın razılıq verməsi qalır. Madrid klubunun isə bu futbolçuya görə 80 milyon istədiyi deyilir.
Qeyd edək ki, "Real" Rodrigesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 70 milyon avro qiymət qoyub.