Mövlud Çavuşoğlu Qarabağa görə Bakıya gəlir 14 İyul 15:29

Mövlud Çavuşoğlu Qarabağa görə Bakıya gəlir

XİN rəsmisinin Azərbaycana səfəri bu gün başlayacaq.

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu  14-15 iyul tarixlərində Bakıya rəsmi səfər edəcək. ANS PRESS-in məlumatına görə, bu haqda Türkiyə XİN-in rəmi məlumatında deyilir. 

Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı nazir Elmar Məmmədyarovla görüşəcək. XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını və regionda və dünyada  vəziyyəti müzakirə edəcəkləri planlaşdırılıb.