Müdafiə Nazirliyi KİV-lərə müraciət etdi 15 İyul 10:51

Müdafiə Nazirliyi KİV-lərə müraciət etdi

Araşdırılmadan qeyri-dəqiq formada yayılan xəbərlər düşmənin maraqlarına xidmət edir.

Müdafiə Nazirliyi yerli kütləvi informasiya vasitələrinin (KİV) rəhbərlərinə müraciət edib.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, cəbhəboyu zonada vəziyyətin həssaslığını nəzərə alaraq Müdafiə Nazirliyi bir daha yerli kütləvi informasiya vasitələrinin rəhbərlərinə müraciət edir!

Anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların əksər hallarda araşdırılmadan qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınması tövsiyə edilir.