Müğənni doğulmamış qızı üçün 5 milyon dollara ev alır 14 İyul 20:23

Müğənni doğulmamış qızı üçün 5 milyon dollara ev alır

Gülşən hazırda yaşadığı evdən daha böyük bir mənzilə çıxmağa hazırlaşır.

Məşhur türkiyəli popçu Gülşən doğulmamış qızı üçün 5 milyon dollara ev alır. ANS PRESS-in məlumatına görə, hamiləliyin 3-cü ayında olan müğənni indidən uşaq hazırlığına başlayıb.

Bunun üçün artıq əmlakçılarla danışıq aparan Gülşən hazırda yaşadığı evdən daha böyük bir mənzilə çıxmağa hazırlaşır.

Artıq uşağının cinsiyyətini öyrənən məşhur popçu daha əvvəl müsahibəsində "qızım olarsa çox xoşbəxt olaram" - deyə bildirib.

İstirahətdə olan müğəninin bir müddət əvvəl dəniz kənarından fotoları paparazzilər tərəfindən çəkilib. Çəkilmiş fotolarda Gülşənin artıq hamilə çəkiləri aldığı açıq-aydın görünür.

Gülşənin istirahət zamanı çəkilmiş fotosu
Gülşənin istirahət zamanı çəkilmiş fotosu

Beş ildir birlikdə olan Türkiyənin tanınmış müğənnisi Gülşən və nişanlısı bəstəkar Ozan Çolakoğlu ötən ay  ailə həayatı qurub. Cütlük planlarını pozaraq evlilik tarixini 1 ay önə çəkib. Onlar Türkiyənin Barselonadakı baş konsulluğunda nikaha daxil olub. 

Tanınmış ifaçı ilə musiqiçi nikah üçün İspaniyaya gedib. Onlar ailə və yaxın dostlarından ibarət 10 nəfəri nikaha dəvət ediblər. Cütlük mart ayında nişanlanıb. 

Gülşən və həyat yoldaşı
Gülşən və həyat yoldaşı