Müğənni Elnarənin doğuş otağından fotosu yayıldı 15 İyul 17:08

Müğənni Elnarənin doğuş otağından fotosu yayıldı

Fotoda ifaçının iki gün öncə doğulan 4-cü uşağı da yer alıb.

İki gün öncə dördüncü dəfə ana olan müğənni Elnarə Xəlilovanın doğuş fotosu yayılıb. ANS PRESS-in məlumatına görə doğuş əsnasında çəkilmiş fotonu müğəninin həkimi ginekoloq Nigar Abdullayeva paylaşıb. 

Müğənninin dördüncü körpəsi oğlandır. İfaçı oğlunu Ərtoğrul adlandırıb. 

Həkim "Qadın xoşbəxtliyini körpələrində görən bizim sevimli Elnarəmiz. İgidimizin qədəmləri mübarək olsun" - deyə fotosunu şərh edib. Yeni doğulan körpənin fotosu izləyicilər tərəfindən müsbət qarşılanıb və çox sayda bəyənilmə alıb.  

Müğənni Elnarə Xəlilova 2006-cı ildə teleaparıcı Rövşən Cahangirovla ailə həyatı qurub. Qızı Burla Xatun 2007-ci il iyunun 22-də, oğlu Tuğər Harun 2009-cu il oktyabrın 11-də, üçüncü övladı Öndər isə 2011-ci ilin 19 martında dünyaya gəlib.

Elnarə Xəlilovanın doğuş fotosu
Elnarə Xəlilovanın doğuş fotosu

Bu doğuş görüntüsü yayılan ilk azərbayacanlı ifaçı deyil. Bu ilin yanvarında da Türkiyədə yaşayan müğənni İradə İbrahimovanın oğlunun "Youtube"də doğum videosunu yayılmışdı. Qısa videoçarxı isə ailəyə yaxın olan fotoqraf hazırlayıb. Görüntülərdə körpə Əlinin doğum, partisinə kimi hər  şey yer alıb. Bu video ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Bəziləri körpənin doğuşunun təbii hal olduğunu desə də, bir qism insan bunun etik normalar zidd olduğunu bildiriblər.

İradə İbrahimova 2009-cu ildə türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. Bu nikahdan onların İpək adlı bir qızı da var.

İradə İbrahimovanın doğum videosu