NATO Bakıda təlimlərə başladı 12 İyul 19:09

NATO Bakıda təlimlərə başladı

Kurs iyulun 14-dək davam edəcək.

NATO-nun mobil təlim qrupu Bakıda "Təlimlərin planlaşdırılması" kursuna başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirliyin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Təlimlərin planlaşdırılması" mövzusunda təlim kursu keçirilir.

Kurs müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara "NATO-nun Komanda və Qüvvə strukturu", "NATO-da təlim və proqramlaşdırma prosesi", "Təlim planlaşdırılmasının əsas xüsusiyyətləri", "Təlim konsepsiyaları", "Təlimlərin planlaşdırılması və hazırlanması", "Təlimin idarə edilməsi" və digər mövzulara dair mühazirələr oxunur, eləcə də işçi qruplarda müzakirələr və fikir mübadilələri aparılır.

Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirak ilə keçirilən kurs iyulun 14-dək davam edəcək.

NATO-nun mobil təlim qrupu
NATO-nun mobil təlim qrupu