NATO-dan Ərdoğana daha bir dəstək 16 İyul 18:57

NATO-dan Ərdoğana daha bir dəstək

"Türk xalqının hökumətə verdiyi dəstəkdən məmnunuq".

NATO Türkiyədəki hərbi çevrilişələ bağlı daha bir açıqlama yayıb.

ANS PRESS-in məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, türk xalqının hökumətə verdiyi dəstəkdən məmnundurlar:

“Biz Türkiyə müxalifətinin və xalqının hökumətə verdiyi dəstəyi alqışlayırıq”. Yens Stoltenberq gecə saatlarında da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıb. Söhbət zamanı katib Türkiyədəki hadisələri yaxından izlədiyini bildirib. Nazir də öz növbəsində qüvvələrə səslənərək, onları təmkinli və sakit olmağa çağırıb.

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirlər. İndiyədək rəsmi məlumata görə, 2839 nəfər həbs olunub.

Türkiyədə ümumilikdə 265 nəfər həyatını itirib (161 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.

Dövlət çevrilişinə cəhddən sonra 2700 hakim vəzifəsindən azad edilib. 

Hərbi çevrilişə cəhdə qarşı etiraz edən türklər
Hərbi çevrilişə cəhdə qarşı etiraz edən türklər