NATO-dan Türkiyəyə dəstək 16 İyul 06:43

NATO-dan Türkiyəyə dəstək

Hərbi qurum qardaş ölkədəki vəziyyəti yaxından izləyir

Baş katib Yens Stoltenberq Türkiyəni “NATO alyansının güclü üzvü” adlandırıb. ANS PRESS-in “BBC”yə istinadən verdiyi məlumata görə, katib çevriliş etmək istəyən qüvvələri Türkiyə dövlətinin demokratik hakimiyyətinə hörmətlə yanaşmağa çağırıb.

Yens Stoltenberq Türkiyə XİN Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıb. Söhbət zamanı katib Türkiyədəki hadisələri yaxından izlədiyini bildirib. Nazir də öz növbəsində qüvvələrə səslənərək, onları təmkinli və sakit olmağa çağırıb.

NATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq