Nazarbayev Bakıya gəlir 13 İyul 21:35

Nazarbayev Bakıya gəlir

Prezidentin bu ilin payızında Azərbaycana planlaşdırılan səfərinə hazırlıq işləri görülür.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu ilin payızında Azərbaycana səfər edəcəyi planlaşdırılır.

ANS PRESS-in məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Astanada Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov ilə görüşüb.

Görüşdə “EXPO-2017” beynəlxalq ixtisaslaşmış sərgisinə hazırlıq, Azərbaycanın bu sərgidə iştirakı müzakirə olunub.

Görüş zamanı həmçinin tərəflər Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu ilin payızında Azərbaycana planlaşdırılan səfərinə hazırlıq məsələsinə toxunublar.