Nazirlik həyəcan təbili çalıb 12 İyul 02:27

Nazirlik həyəcan təbili çalıb

Böyükşor gölündə neft tullantıları və çirkab suları artıb.

Hazırda Böyükşor gölünə bir neçə axarla Binəqədi rayonunun "Baksol" yaşayış massivindən və "Binəqədi Oil" neft-qazçıxarma müəssisəsindən tullantı suları axıdılır. ANS TV-nin məlumatına görə, Böyükşor gölünə olan müdaxilələrin qarşısı alınmazsa, göldə ekoloji vəziyyət daha da gərginləşə bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün yaydığı hesabatda belə deyilir.

Böyükşor gölünün 2/3 hissəsi tullantılardan təmizlənib. "Təmiz Şəhər" ASC-nin "Ətraf mühit və əməyin mühafizəsi" şöbəsinin müdiri Sabit Zeyniyevin sözlərinə görə, bu işlərə 2004-cü ildən başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mirsalam Qəmbərovla birgə gölün şimal hissəsində "Baksol" deyilən ərazidə aparılan müşahidələr ekoloji vəziyyətin heç də ürək açan olmadığını göstərib. Gölün böyük bir hissəsi neft tullantıları ilə çirklənib, ərazidə tikilən evlərin kanalizasiya sistemi olmadığına görə, evlərdən axan tullantı suları da gölə tökülür.

"Binəqədi Oil" şirkəti müəssisə tərəfindən Böyükşor gölünə tullantı sularının axadılması məsələsi ilə razı deyil. Şirkətdən verilən məlumata görə, "Binəqədi Oil" neft-qazçıxarma müəssisəsi böyük şor gölünə çirkli sular axıtmır. sadəcə baksol deyilən ərazidə salınan evlərin kanalizasiya sistemi olmadığına görə, bu evdən axıdılan tullantı suları şirkətin ərazisindən keçərək böyük şor gölünə tökülür.

Böyükşor gölündə çirklənmə artıb

Azərsu ASC-dən verilən məlumata görə, Böyükşor gölünün şimal hisəssində qanunsuz tikililərdən, sovet dövründən qalmış açıq kanallar vasitəsilə gölə çirkab sular axıdılır. Hazırlanmış plana əsasən gələcəkdə dövlət investisyaları hesabına bu suların qarşısının alnıması məqsədilə kollektorlar tikiləcək.

Böyükşor gölü üzərindən uçan qutan quşları
Böyükşor gölü üzərindən uçan qutan quşları