Nitsanı qana bulayanın adı bilindi 15 İyul 15:02

Nitsanı qana bulayanın adı bilindi

Onun 31 yaşlı Mohamed Lahouaiej Bouhlel olduğu iddia edilib.

Fransanı qana bulayan terrorçunun kimliyi bəlli oldu. ANS PRESS-in məlumatına görə, bu barədə Fransa mətbuatı məlumat yayıb. 

Fransız xəbər agentliyi adın bilindiyini, lakin polisin hələ onu rsmən açıqlamadığını bildirib. Yerli mətbuatda yer alan məlumata görə, Nitsa şəhərində 84 nəfərin ölümünə səbəb olan şəxs Mohamed Lahouaiej Bouhlel adlı şəxsdir.

Bundan öncə onun 1985-ci ildə doğulduğu və Tunis əsilli olduğu bildirilirdi. 

İddiaya görə, adıçəkilən şəxsin şiddətə meyillilik və silah saxlamaq ittihamları ilə bağlı polisdə qeydiyyatı var. 

Fransız polisi daha öncə qətliamı "yanlıq qurd" (yəni radikallaşan, İŞİD terrorçularının "buraya gəlməyin, olduğunuz yerdə terror törədin" çağırışına əməl edən şəxs) olduğunu qeyd etmişdi.