Onlarla təcili tibbi yardım maşını Müdafiə Nazirliyi qarşısında 16 İyul 01:43

Onlarla təcili tibbi yardım maşını Müdafiə Nazirliyi qarşısında

ANS TV-nin Türkiyə müxbiri İstanbul və Ankaradakı fövqəladə vəziyyət barədə son xəbərləri verir

Xəbər verdiyimiz kimi Türkiyədə dövlət çevrilişinə cəhd olub. İstanbul və Aknarada fövqəladə vəziyyət yaranıb.

ANS TV-nin Türkiyə bürosunun hadisə yerindən verdiyi məlumata görə, jandarma komandanlığında bir qrup əsgər əllərində silahla böyük ehtimalla dövlət çevrilişə cəhd etməyə çalışıblar.

Türkiyə Silahlı Qüvvələri və Təhlükəsizlik Qüvvələri bütün bütün tədbirləri görüb. Ankaradakı jurnalislər xəbər veriblər ki, Müdafiə Nazirliyinin binasının qarşısında 20-yə yaxın təcili tibbi yardım maşınları hazır vəziyyətdə gözləyirlər.

ANS TV-nin Türkiyə müxbiri son xəbərləri çatdırır
ANS TV-nin Türkiyə müxbiri son xəbərləri çatdırır