Pakistanın "Kardaşyanı" öldürüldü 18 İyul 13:15

Pakistanın "Kardaşyanı" öldürüldü

Müsəlman erotik ulduzu qardaşı namus üstündə boğub.

"Pakistanın Kim Kardaşyanı" adlandırılan bloqqer qız qətlə yetirilib. Söhbət Kandil Baluxdan gedir. ANS PRESS-in məlumatına görə, boğularaq öldürülən Baluxun cəsədi Multanda valideynlərinə məxsus evdə tapılıb. 

26 yaşlı Pakistanlı bloqer və modelin qətlində əsas şübhəli şəxs onun doğma qardaşı sayılır. İlkin versiyaya görə, qardaşı onu əxlaqsız hərəkətləri ilə ailənin şərəfini ləkələdiyini düşündüyü üçün boğaraq öldürüb.

Bu faktı polis təsdiq edərək, qardaşının Kandili döydükdən sonra boğduğunu qeyd edib.

Balux sosial şəbəkələrdə, xüsusən “İnstagram” hesabında yarıçılpaq fotolarını və videolarını paylaşandan sonra məşhurlaşıb. Onun “İnstagram” profilinin 30 min təqibçisi, “Twitter” mikrobloqunun isə 200 minə yaxın oxucusu var. 

Bir müddət əvvəl Kandil Balux Pakistan kriket yığmasının Hindistan millisini məğlub edəcəyi halda kamera qarşısında soyunaraq striptiz göstərəcəyini yazmışdı.