Parlament bombalandı 16 İyul 05:18

Parlament bombalandı

TBMM-ni bombalayan qırıcı dərhal vurularaq zərərsizləşdirilib.

Türkiyə Böyük Milli Məclisi bombalanıb. ANS PRESS-in məlumatına görə, TBMM-in binasından dumanın yüksəldiyi görülüb.

Parlamentə atılan bomba nəticəsində bəzi polis məmurları və TBMM işçiləri yaralanıb. Zalın şüşələri sınıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb. 

Təyyarədən atılan bomba, məclisin giriş qapsına düşüb. Tüstü əsas zala daxil olsa da millət vəkilləri işləməyə davam edib. Bildirilib ki, məclisə bomba atan qırıcı vurulub artıq.