Polis məntəqəsinə silahlı hücum olundu 16 İyul 08:56

Polis məntəqəsinə silahlı hücum olundu

Böyük partlayışdan sonra neçə nəfərin yaralandığı barədə məlumat hələki verilməyib.

Türkiyənin Tunceli şəhərinin mərkəzindən təxminən 30 kilometr uzaqlıqda yerləşən Kılköyü polis məntəqəsinə bomba yüklü avtomobil tərəfindən hücum olub. ANS PRESS-in məlumatına görə,  polis bölməsinə  yaxınlaşan yük maşını partladılıb.

Böyük partlayışdan sonra neçə nəfərin yaralandığı barədə məlumat hələki verilməyib. Əraziyə Tuncelidən helikopterlərlə kömək göndərilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

 Tunceli şəhərinin rəsmiləri bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır.  Yük maşını uzaqdan vurularaq partladılıb. Partlayış nəticəsində hər hansı can itkisi yoxdur. Bölgədə terrorçulara qarşı mübarizə davam edir”.