Poroşenko Bakıya gəldi 13 İyul 23:59

Poroşenko Bakıya gəldi

Ukrayna Prezidentini baş nazirin birinci müavini Yaqub Eyyubov qarşılayıb.

Ukraynanın prezidentiPyotr Poroşenko iyulun 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

ANS PRESS-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukraynanın prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Pyotr Poroşenkonu hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Pyotr Poroşenko və Yaqub Eyyubov
Pyotr Poroşenko və Yaqub Eyyubov