Poroşenko İlham Əliyevlə görüşüb 14 İyul 11:41

Poroşenko İlham Əliyevlə görüşüb

Prezidenti İlham Əliyev Pyotr Poroşenkonu Zağulbada yerləşən iqamətgahında qarşılayıb.

10:39 / Urayna prezidentinin Bakıdakı görüşləri başlayıb

Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi qarşılanma mərasimi baş tutub.

ANS PRESS-in Ukrayna prezidentinin saytına istinadla verdiyi məlumata görə, prezident İlham Əliyev Pyotr Poroşenkonu  Zağulbada yerləşən  iqamətgahında qarşılayıb.

Mərasimdə Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirilib. Daha sonra dövlət başçıları fəxri qarovulun qarşısından keçiblər.

Pyotr Poroşenko və İlham Əliyev öz ölkələrinin rəsmi nümayəndə heyətlərini təqdim ediblər

Şəkilçəkmə mərasimindən sonra Ukrayna və  Azərbaycan prezidentlərinin təkbətək görüşü  başlayıb. Görüşdən sonra Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək.