Poroşenkonun Azərbaycana səfəri başa çatdı 15 İyul 00:11

Poroşenkonun Azərbaycana səfəri başa çatdı

Ukrayna prezidentini baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıb.

Ukraynanın Prezidenti Pyotr Poroşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.

ANS PRESS-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Poroşenkonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar. 

Pyotr Poroşenko iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib.