Prezident iqamətgahı yanında atəş səsləri 16 İyul 03:21

Prezident iqamətgahı yanında atəş səsləri

Helikopterdən atəş açıldı

Türkiyənin paytaxtı Ankarada, Beştəpədə yerləşən prezident iqamətgahı yaxınlığında atəş səsləri eşidilib. ANS PRESS-in Hürriyətə istinadən verdiyi məlumata görə, hərbi helikopterdən atəş açılıb. Eyni zamanda çox sayda insanın iqamətgaha doğru irəlilədiyi qeydə alınıb.

"Reuters"in məlumatına görə, Ankarada partlayış baş verib, küçələrdə tanklar var.