Prezidentin nazirdən çox maaş alan bərbəri 13 İyul 18:16

Prezidentin nazirdən çox maaş alan bərbəri

Bütün gün prezidentin sərəncamında olan bərbər 10 min avro alır.

Fransa prezidenti Fransua Ollandın bərbəri ayda 10 min avroya yaxın maaş alır. ANS PRESS-in məlumatına görə, bu barədə "Le Canard enchaine" jurnalı məlumat yayıb.

Mənbədən bildirilir ki, Olive.B adlı bərbərin-aylıq məvacibi 9.895 avro civarındadır. Bu, ölkə prezidentinin maaşından 5 min avro azdır.

Bərbərlə müqavilə 2012-ci ilin mayında Yelisey sarayında imzalanıb. Hesablamalara görə, 5 illik müqavilə Oliveyə 593.700 avro qazandıracaq. 

Yelisey sarayında bu məlumatlara hələlik heç cür şərh edilmir. Ollandın rəsmi aylıq gəliri 14 min 999 avro təşkil edir. Bərbər həmçinin prezidentin bütün səfərlərində onunla birlikdə getməli və bütün məxfiliyi qoruyub saxlamalıdır.

Bərbərin vəkili Sara Levin deyib ki, bərbər bütün günü prezidentin sərəncamındadır. O, hətta uşaqlarının ad günlərində iştirak edə bilmir, övladları xəstələnib əməliyyat olunanda belə onlara baş çəkməyə vaxt tapmayıb.

Fransua Olland-Fransa prezidenti
Fransua Olland-Fransa prezidenti