Putin Kerri ilə münaqişələrin həllindən danışdı 15 İyul 00:50

Putin Kerri ilə münaqişələrin həllindən danışdı

ABŞ dovlət katibinin bu gün Rusiyaya səfəri başlayıb.

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri ilə görüşüb. ANS PRESS-in məlumatına görə, görüşdə V.Putin münaqişələrin nizamlanmasında Rusiya Federasiyası və ABŞ-ın qarşılıqlı səylərini qeyd edib.

C.Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşəcək. RF rəsmiləri hesab edirlər ki, C.Kerrinin səfəri Rusiya-ABŞ münasibətlərinin yaxşlaşmasına xidmət edəcək.

Con Kerri Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün bu gün axşam saatlarında Moskvaya gəlib.

Rusiya XİN-in məlumatına görə, Kerri bu gün və sabah Putn və Kerri ilə bir sıra məsələləri, xüsusən də Suriyada hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaya əməl olunmasını müzakirə edəcək.

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov
ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dünənki açıqlamasında bildirmişdi ki, müzakirə olunacaq mövzular kifayət qədər proqnozlaşdırılandır: “Bu həm Suriya, həm Ukrayna, həm də ikitərəfli münasibətlərlə bağlı məsələlərdir”.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bir müddət əvvəl Putinlə Kerri arasındakı Moskva danışıqlarının əsas mövzularından birinin də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacağını bildirmişdi.