Pyotr meydanında Roma papası üçün sürpriz (VİDEO, FOTO) 18 Dekabr 01:37

Pyotr meydanında Roma papası üçün sürpriz (VİDEO, FOTO)

Minlərlə insan Vatikan meydanında tanqo oynadı

İtaliyanın ən müxtəlif yerlərindən bir neçə min insan Roma Papası Fransiskin 78 illiyini qeyri adi şəkildə təbrik ediblər.

ANS PRESS-in məlumatına görə, bir anda minlərlə cütlük Müqəddəs Pyotr meydanında Papanın şərəfinə tanqo rəqs etməyə başlayıblar.

Rəqsin musiqisini isə iştrakçılar Papanın sevdiyi argentinalı bəstəkar Astora Pyasollanın repertuarından seçiblər. Bundan əlavə meydanda Xuan Darenso, Karlos Qardelya və Osvaldo Pedro Pulezenin musiqiləri səsləndirilib.

Aksiyanın təşkilatçısı Roma Papasının pərəstişkarı Ravennadan olan Kristina Komarani adlı qadın olub. O, "Facebook"da müraciət edərək tanqosevərləri bu qeyri adi aksiyaya dəvət edib.

Məşhur Argentina rəqsini oynamağa 3 min nəfər gəlib.