"Qarabağ"dan gözlənilməz transfer 14 İyul 16:34

"Qarabağ"dan gözlənilməz transfer

Ağdam klubu daha bir yetirməsini kluba qaytardı.

Azərbaycanın son çempionu "Qarabağ" klubu heyətini gücləndirib. ANS PRESS-in məlumatına görə, "Qarabağ"ın yetirməsi olan Vüqar Nadirov yenidən doğma komandasına qayıdıb.

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Futbolçu ilə bir illik müqavilə imzalanıb. Nadirov ötən yay "Qarabağ”ı tərk edərək əvvəlcə "Xəzər Lənkəran”a, sonra "Qəbələ”yə və nəhayət, "İnter”ə keçib. Bu mövsüm "Qarabağ” "Qəbələ”dən ayrılan Arif Daşdəmirovu heyətinə cəlb edib. 

Vüqar Nadirov
Vüqar Nadirov

"Qarabağ”ın millimizin üzvü ilə iki illik müqavilə imzalayıb. 28 yaşlı müdafiəçi  bu yay transfer pəncərəsində Ağdam klubunun aldığı ilk futbolçu olub. Daşdəmirov 2015/16 mövsümünü "Qəbələ"də keçirib. Mövsüm yekunlaşandan sonra o, bölgə klubu ilə yolları ayırıb.

Ötən il ağdamlılar "Qarabağ"ın yetirməsi olan 28 yaşlı yarımmüfadiəçi Əfran İsmayılovla müqavilə imzalamışdı. Əfran 2006-2013-cü illərdə "Qarabağ"da çıхış edib. Bu müddətdə 125 rəsmi oyuna çıхan yarımmüdafiəçi 20 qol vurub. 2009-cu ildə "Turan"a icarəyə verilən İsmayılov "Qarabağ"dan ayrıldıqdan sonra "Bakı", "Xəzər Lənkəran" və "İnter"də çıхış edib.