"Qarabağ"la Çempionlar Liqası həyəcanı başlayır 12 İyul 12:25

"Qarabağ"la Çempionlar Liqası həyəcanı başlayır

Reynaldonun durumuna aydınlıq gəldi.

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. ANS PRESS-in məlumatına görə, ölkəmizi yarışda təmsil edən "Qarabağ" yeni mövsümdə ilk oyununa çıxacaq.

Qurban Qurbanovun yetirmələri doğma azarkeşləri önündə Lükssemburq "Düdelanj"ını qəbul edəcək. Sözsüz ki, "atlılar" "cırtdan" rəqiblə oyunun favoritidir. Buna görə də son Azərbaycan çempionu növbəti mərhələyə adlamaq üçün lazım olan nəticəni elə ilk oyundaca qazanmaq istəyəcək. Ancaq rəqibin də ağdamlılara sürpriz edəcəyi istisna deyil.

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah evdə Lüksemburq "Düdelanj"ıyla qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qurban Qurbanov
Qurban Qurbanov

"Hamımız bu turniri səbirsizlikə gözləyirik. Pis hazırlaşmamışıq. Rəqibi analiz eləmişik. Digər komandalarımızın da mərhələ keçməsi bizim üçün böyük stimuldur. Rəqibə ciddi yanaşırıq. Oyunlarını izləmişəm. Çoxu bu komananı ciddi qəbul eləmir. Ancaq futbol elə səviyyəyə çatıb ki, komandalar arasında elə də ciddi fərq olmur", - deyə Qurbanov bildirib. 

"Qarabağ"ın baş məşqçisi həmçinin komandanın lideri Reynaldonun durumuna aydınlıq gətirib: "Reynaldo "ilk 11-lik”də olmayacaq. Sonradan meydana çəxmaq ehtimalı çox azdır. Həkimlərin verdiyi rəylə hərəkət edəcəyik. Risk olsa "18-lik”dən kənarda saxlayacağıq".

12 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
21:00. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) 

Baş hakim: Orel Qrinfild 
Yan xətt hakimləri: Danni Krasikov, İdan Yarkoni 
Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)

Bu axşam Azərbaycan çempionu "Qarabağ"ın "Düdelanj"la oyunu ilə yanaşı, daha 9 qarşılaşma keçiriləcək. II təsnifat mərhələsinin cavab oyunları iyulun 19 və 20-də keçiriləcək.

12 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
20:30. “Zrinski” (Bosniya və Herseqovina) - "Legiya” (Polşa)
21:00. "Dinamo” (Tiflis, Gürcüstan) - “Alaşkert” (Ermənistan)
21:00. "QARABAĞ” (Azərbaycan) - “Düdelanj” (Lüksemburq)
21:50. “Hapoel” (Beyer-Şeva, İsrail) - "Şerif” (Moldova)
22:00. BATE (Belarus) - SJK (Finlandiya)
22:00. “Linkoln” (Cəbəllütariq) - "Seltik” (Şotlandiya)
22:00. TNS (Uels) - APOEL (Kipr)
22:00. “Valletta” (Malta) - "Srvena Zvezda” (Serbiya)
22:30. "Zalsburq” (Avstriya) - “Liepaya” (Latviya)
22:45. “Vardar” (Makedoniya) - "Dinamo” (Zaqreb, Xorvatiya)
 
13 iyul
21:15. "Rusenborq” (Norveç) - “Norçepinq” (İsveç)
21:15. “Jalgiris” (Litva) - "Astana” (Qazaxıstan)
21:30. "Ludoqorets” (Bolqarıstan) - “Mladost” (Monteneqro)
22:00. “Kruzaders” (Şimali İrlandiya) - "Kopenhagen” (Danimarka)
22:00. "Partizani” (Albaniya) - “Ferensvaroş” (Macarıstan)
22:45. “Dandalk” (İrlandiya) - "Hafnarfyorfur” (İslandiya)
22:30. “Olimpiya” (Sloveniya) - "Trençin” (Slovakiya)