Qarabağ Putin-Kerri gündəmindən çıxarıldı 13 İyul 15:12

Qarabağ Putin-Kerri gündəmindən çıxarıldı

Rusiya prezidenti ABŞ-ın dövlət katibi ilə ancaq Suriya və Ukraynadan danışacaq.

Dağlıq Qarabağ Rusiya prezidenti Vladimir Putin ilə ABŞ Dövlət katibi Con Kerri arasında keçiriləcək görüşdə müzakirə edilməyəcək. ANS PRESS-in TASS-a istinadla verdiyi məlumata görə, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. 

O, deyib ki, Putin ilə Kerri arasında görüş sabah - iyulun 14-də günün ikinci yarısında olacaq. "Suriya və Ukraynadakı vəziyyətin müzakirə ediləcəyi planlaşdırılır". 

"Prezident Kerri ilə yanaşı xarici işlr naziri Sergey Lavrovu da qəbul edəcək. Mövzular bəllidir: Bu Suriya və Ukrayna məsələləri və ikitərəfli əlaqələrdir".

C.Kerri iyulun 14-də Moskvaya səfər edəcək.