Qardaş 22 yaşlı bacısının boğazını kəsdi 14 İyul 17:41

Qardaş 22 yaşlı bacısının boğazını kəsdi

Saxlanan şəxs ilkin ifadəsində bacısını qısqanclıq zəminində bıçaqladığını deyib.

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini, Taleh Valeh oğlu Alızadə aralarında yaranan mübahisə zəminində bacısı 1994-cü il təvəllüdlü Cəmilə Valeh qızı Alızadənin boğazını kəsib. Ağır bədən xəsarətləri alan qadın dərhal Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu qiymətləndirilir.

Polis idarəsindən onu da bildirdilər ki, hadisəni törədən Taleh Alızadə polis əməkdaşları tərəfindən tutulub və istintaqa ilkin ifadəsində bacısını qısqanclıq zəminində bıçaqladığını deyib.

Faktla bağlı Tərtər polisi tərəfindən araşdırma aparılır.