"Qəbələ" zəfər qazandı 15 İyul 02:28

"Qəbələ" zəfər qazandı

Təmsilçimiz Macarıstan klubunu məğlub etdi.

Futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" klubu ilk oyununu keçirib. ANS PRESS-in məlumatına görə, komanda Macarıstanın Qyor şəhərindəki "Qyirmoti" stadionunda yerli MTK klubu ilə qarşılaşıb.

İsveçli baş hakim Bojan Pandziçin idarə etdiyi oyunun 24-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Nika Kvekveskiri hesabı açıb. Bundan sona oyunun ilk hissəsində hesab dəyişməyib.

İkinci hissəyə daha fəal başlayan "Qəbələ" matçın 63-cü dəqiqəsində istəyinə nail olub. Qəbələ təmsilçisinin xorvatiyalı futbolçusu Filip Ozobiç ikinci topu rəqib qapısından keçirib. Görüşün 70-ci dəqiqəsində MTK-nın futbolçusu Sandor Torqhelle hesab arasındakı fərqi azaldıb.

Beləliklə, görüş "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.

"Qəbələ" turnirin birinci təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubunu yarışdan kənarlaşdırıb