Qiyamçılar donanma komandirini əsir götürdülər 16 İyul 17:34

Qiyamçılar donanma komandirini əsir götürdülər

Onlar hökümətə məxsus "Yavuz" freqatını da ələ keçiriblər.

Türkiyədə qiyamçılar "Yavuz" freqatını və donanma komandirini ələ keçirib. ANS PRESS-in məlumatına görə, bu barədə yunan televiziyası xəbər verir. 

Məlumata görə, "Yavuz" freqatı Yunanıstanda çox tanınır və tez-tez yunan sularında üzür. Onun Gölcük Hərbi Dəniz bazasından oğurlandığı deyilir. 

"Yavuz" freqatı
"Yavuz" freqatı

Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun sadəcə dövlət çevrilişinə cəhd olduğunu deyir. 

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirlər. İndiyədək rəsmi məlumata görə, 2839 nəfər həbs olunub.

Türkiyədə ümumilikdə 265 nəfər həyatını itirib (161 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.