Qızıl bu qiymətə satılır 13 İyul 06:49

Qızıl bu qiymətə satılır

Qiymətli metalın bir qramı 42 dollardan bahadır.

Qiymətli metalların bu günə olan qiymətləri mənfi yöndə dəyişib. ANS PRESS-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə,  Qızılın bir qramının qiyməti ucuzlaşaraq 42.74 dollara düşüb. Platinin bir qramı 34.93 dollar, palladiumun qramı 20 dollardan bir az yuxarı - 20.07 dollar təşkil edib. Gümüşün də bir qramı ucuzlaşaraq 65 sentə satılıb.

13.07.2016 tarixi üçün qiymətli metalların qrafiki
13.07.2016 tarixi üçün qiymətli metalların qrafiki

Neftin qiymətlərində cuzi ucuzlaşma müşahidə olunur. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin bir bareli 46.35 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli 48 dollardan bir qədər aşağı qiymətdə - 47.98 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə bahalaşaraq 47.24 dollar təşkil edib.

13.07.2016 tarixi üçün neftin qiymətləri
13.07.2016 tarixi üçün neftin qiymətləri