Qızının dodağından öpməsi etirazla qarşılandı 14 İyul 19:23

Qızının dodağından öpməsi etirazla qarşılandı

Əksər valideyinlər dizaynerə dəstək olmaq üçün öz uşaqları ilə dodaq-dodağa çəkilmiş fotolarını paylaşıb.

Məşhur modelyer, dizayner və ingiltərəli sabiq futbolçu Devid Bekhamın həyat yoldaşı Viktoriya Bekhamın sosial şəbəkədə paylaşdığı foto necə deyərlər başına bəla olub.

ANS PRESS-in məlumatına görə, buna səbəb dizaynerin qızı Harper Seven ilə dodaq-dodağa öpüşərkən çəkilmiş fotosu olub.

Böyük müzakirələrə səbəb olan fotonun altından həddindən çox neqativ şərhlər yer alıb. Ciddi tənqidlər yazan sosial şəbəkə istifadəçiləri uşaqlarla bu cür şəkillər çəkdirməyin və dodaqdan öpüşməyin doğru olmadığını önə çəkib.

Lakin Viktoriya Bekhamı dəstəkləyənlər də az deyil. Əksər valideyinlər dizaynerə dəstək olmaq üçün öz uşaqları ilə dodaq-dodaqa çəkilmiş fotolarını paylaşıb.