Rəsmi Bakıdan Türkiyədəki dövlət çevrilişi ilə ilə bağlı bəyanat 16 İyul 10:22

Rəsmi Bakıdan Türkiyədəki dövlət çevrilişi ilə ilə bağlı bəyanat

“Bu demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir".

Azərbaycanın Xarici İşlər Nazirliyinin     Türkiyədəki dövlət çevrilişi ilə bağlı bəyanat yayıb.

ANS PRESS-in məlumatına görə, bəyanatda bildirlir ki,qardaş Türkiyədə baş vermiş hadisələr bizi ciddi surətdə narahat etdi və sarsıtdı. “Bu demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir.

Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxıb. Qardaş Tükiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edərək, tezliklə vəziyyətin tam şəkildə sabitləşəcəyinə və normallaşcağına əminliyimizi ifadə edirik”.