“Rövşən Lənkəranski”nin düşməninin həbsinin təfərrüatları 13 İyul 14:12

“Rövşən Lənkəranski”nin düşməninin həbsinin təfərrüatları

“Şakro”nun "İtalyanın" azadlığa çıxması üçün 1 milyon dollar verməyə hazır olduğu barədə məlumatlar var idi”

Ötən gün saxlanılan “Şakro Molodoy” ləqəbli kriminal avtoritet Zaxari Kalaşovun həbsinin bəzi təfərrüatları məlum olub. ANS PRESS-in məlumatına görə, Rusiya kriminal aləminin “xaç atası” sayılan Aslan Usoyanın (“Ded Xasan”) varisi ötən il dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışma ilə bağlı saxlanılıb.

Rusiya hüquq-mühafizə orqanlarında olan mənbə “Şakro Molodoy”un (bu ləqəbi “vor zakon” gəncliyində alıb - red.) yaxın dostu dizayner Fatimə Misikovaya "Elements" restoranının sahibəsi Janna Kim ilə aralarında baş vermiş anlaşılmazlığı həll etmək üçün köməyə gedib. Onların arasında 8 milyon rubl (192 800 manat) borc məsələsi olub və tərəflərdən biri borcu verməkdən imtina edib.

Bildirilir ki, iki nəfərin ölümü ilə nəticələnən hadisədən sonra Misikova öz ölümünü səhnələşdirib -  yaxınları güclü yanmış qadın cəsədini tanıyıblar. Bu müddət ərzində ölkə xaricində olan dizayner baş verən dekabr hadisələri ilə əlaqəsi olmamaqda Kimi inandırmağa çalışıb. Kalaşovun tutulmasının daha bir səbəbi isə restoranın mühafizəçiləri ilə atışmadan sonra tutulan "İtalyan" ləqəbli avtoritet Andrey Koçuykovun bü günlərdə buraxılması olub. Onun bu məsələdə polislə işbirliyinə getdiyi qeyd edilir.

Fatimə Misikova
Fatimə Misikova

Xuliqanlıq maddəsi ilə ittiham edilən Koçuykovun həbs müddəti iyunun 14-də başa çatıb. Maraqlıdır ki, Rusiya İstintaq komitəsinin müstəntiqləri onun həbs müddətinin uzadılması məsələsini qaldırmayıb.

"“İtalyan”nın azad olmasını Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları və Daxili İşlər Nazirliyinin bəzi tədqiqatçıları özlərinə təhqir kimi qəbul ediblər. “Şakro”nun onun azadlığa çıxması üçün 1 milyon dollar verməyə hazır olduğu barədə məlumatlar var idi”,- deyə mənbə qeyd edib.

2 nəfərin ölümü, səkkiz nəfərin yaralanmasıyla bağlı bir neçə nəfər saxlanılıb. İyulun əvvəllərində polis restorana hücumla bağlı daha iki nəfəri həbs edib. Bunlar “Project” firmasının 34 yaşlı mühəndisi Nikolayev N. və “İtalyan” ləqəbli kriminal avtoritet Andrey Koçuykovun adamı, 40 yaşlı Həmidov H.-dır. Onlar istintaqla əməkdaşlığa gediblər və “Element” barının sahibindən 8 milyon rubl tələb etdiklərini etiraf ediblər. Habelə onlar bu hücumu “Şakro Molodoy”un sifarişi ilə həyata keçirdiklərini bildiriblər. Kriminal avtoritet barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün yaxın günlərdə iş məhkəməyə göndəriləcək.

“Ded Xasan”ın ölümündən sonra nüfuzlu avtoritet “Şakro Molodoy” (Zaxari Kalaşov) keçən il  İspaniya həbsxanasından buraxılıb və onun yerini tutub. 2014-cü ilin dekabrında “Şakro Molodoy” İrəvanda genişmiqyaslı “sxodka” keçirərək azərbayanlı kriminal avtoritet “Rövşən Lənkəranski”ni “Ded Xasan”nın qətlini təşkil etməkdə ittiham edib və barəsində ölüm hökmü çıxarıb.