Rusiya Dövlət Duması: "Ərdoğan - qanuni prezidentdir" 16 İyul 13:08

Rusiya Dövlət Duması: "Ərdoğan - qanuni prezidentdir"

Rusiyadan Türkiyə hadisələrinə növbəti reaksiya

Rusiya Dövlət Duması Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanı qanuni prezident kimi tanıyır. ANS PRESS-in məlumatına görə,  bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitə başçısı Aleksey Puşkov bildirib.

"Ərdoğanın bəzi qərarlarının mübahisəliliyinə baxmayaraq ölkədə qanuni hakimiyyəti o təmsil edir. Ərdoğan - qanuni prezidentdir. Qanunauyğunluq - sui-qəsdə qarşı güclü silahdır", - deyə Aleksey Puşkov “Twitter” hesabında yazıb.