Rusiya Krıma S-400 yerləşdirir 15 İyul 16:59

Rusiya Krıma S-400 yerləşdirir

Qara dəniz dünyanın böyük güclərinin marağlarının toqquşduğu ərazidir.

Rusiya Müdafiə nazirliyi avqustun sonunda Krım yarımadasına ən son model "Triumf" S-400 raket kompleksləri yerləşdirəcək. ANS PRESS-in məlumatına görə, bu barədə hava hücumundan müdafiə 31-ci diviziyasının 18-ci zenit raket bölməsinin komandirinin müavini, qərargah rəisi Yevgeni Oleynikov məlumat verib.

Hazırda yarımadanın hava məkanını  S-300 kompleksləri qoruyur. "İlkin döyüş atışlarının icrası başa çatdıqdan sonra 2016-cı ilin avqustunda S-400-in daimi yerləşmə ərazisinə Feodosiyaya göndəriləcək" - deyə Oleynikov bildirib.

Onun sözlərinə görə, "Triumf" kompeksi dövlət müdafiə sifarişinə uyğun olaraq "Almaz-Antey" konsernin hazırlanıb. 

Krım yarımadasının yerləşdiyi Qara dəniz dünyanın böyük güclərinin marağlarının toqquşduğu ərazidir. Rusiyanın Qara dəniz hövzəsində hava və dəniz müdafiəsini gücləndirməsi, yeni qəmiyəqarşı 600 km-dən hədəfi vura bilən və Bosfor boğazına çatan  yeni raketlərlə dəniz üzərində hava məkanının 3/4  hissəsini nəzarətdə saxlaması NATO-nu narahat etməyə bilməz.

Bir müddət əvvəl Rusiyanın Qara dənizdə güclənməsini şərh edən hərbi analitik Pavel Felgenqauer deyib ki, Rusiyanın bu ərazidəki gücü əsasən Bosfora yönəlib.

"Məqsəd Rusiya hərbçilərinin Bosfora girməsi deyil, mümkün Avropa münaqişəsində Bosforun blokadasıdır - Qara dənizə qərb dəniz qüvvələrinin buraxılmaması üçün. Çünkü dənizdə əsas üstünlük Qərb tərəfdədir. Mümkün münaqişə zamanı Rusiya Bosfor ətrafını minalaya bilər və kiminsə müdafiə xəttini keçməsi təqdirdə Krımdan qanadlı raketlərlə təhlükəni dəff etməkdir" - deyə Felgenqauer bildirib.