Rusiyanın dünyaya meydan oxuyan yeni silahı 14 İyul 12:40

Rusiyanın dünyaya meydan oxuyan yeni silahı

Yeni qitələrarası balistik raket yaradılır.

Rusiya yeni nəsil ballistik raket hazırlayır. ANS PRESS-in məlumatına görə, bu barədə akademik V.P.Makeyev adına Rusiya Dövlət Raket Mərkəzinin baş direktoru Vladimir Deqtyar xəbər verib.

Onun sözlərinə görə, rusiyalı alimlər yeni ballistik raket hazırlamağı planlaşdırır və bu yöndə artıq işlərə başlanıb. Yaradılacaq yeni raket komplekslərinin "Bulava" strateji raketini əvəz edəcək. Yeni ballistik raketlər həmçinin "Xaski" beşinci nəsil sualtı gəmiləri üçün nəzərdə tutulub. 

Mərkəz artıq yeni raketin yaradılması və eksperimental dizayn işin keçirilməsinə üçün Müdafiə Nazirliyindən razılıq alıb.

"Hazırda biz Müdafiə Nazirliyiylə bir neçə müqavilə yerinə yetiririk, yeni perspektivli maşın üzrə eksperimental dizayn işləri və digər məsələlərlə bağlı aparılır", - deyə Deqtyar qeyd edib.

Vladimir Deqtyar
Vladimir Deqtyar

Yeni raketin “Bulava”dan bir neçə dəfə güclü olacağı bildirilir. Ukrayna böhranı səbəbindən ABŞ başda olmaqla Qərb ölkələrin təzyiqləri ilə üz-üzə qalan Rusiya hərbi potensialını nümayiş etdirməyə başlayıb. "Bulava" adlı raketin son  sınağı 2014-cü ildə Rusiyanın şimal-qərbində yerləşən Ağ dənizdə keçirilib. Çox sayda döyüş başlığı daşıma xüsusiyyətinə sahib "Bulava" raketinin Ağ dənizdə olan "Vladimir Manomah" adlı atom sualtı qayığından atılıb. 

Nüvə başlıqılı raketin sınağı sualtı döyüş sistemlərinin idarəsinin proqramı çərçivəsində həyata keçirilib. "Bulava" adlı raket 12 metr uzunluğundadır və ABŞ-ın II Dünya Savaşında Yaponiyanın Xirosima şəhərinə atdığı atom bombasından 100 dəfə güclüdür. 

Rusiyanın 2013-cü ilin sentyarın 6-da "Aleksandr Nevskiy" sualtı qayığından atdığı raketin sınağı uğursuz olmuşdu.