Sabah 42 dərəcə isti olacaq 17 İyul 13:45

Sabah 42 dərəcə isti olacaq

Yağmursuz hava gözlənilir.

Sabah ölkə ərazisində havanın temperaturu 42 dərəcəyə çatacaq. Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında  gecə 22-26° isti, gündüz 32-37°,  Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 40-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28° isti, gündüz 36-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.