Şabranda güclü yanğın başladı 14 İyul 14:21

Şabranda güclü yanğın başladı

İki kəndin əkin sahəsi yanaraq, külə döndü.

Şabran rayonunun şimal bölgəsində güclü yanğın başlayıb. ANS PRESS-in məlumatına görə, rayonun dağlıq Gəndob kəndinin yuxarı hissəsində yerləşən Ləcədi və Leyti kəndləri ərazisinin xeyli sahənin yanmasına səbəb güclü isti küləyin olmasıdır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şabran dövlət yanğından mühafizə hissəsindən 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğının söndürülməsinə güclü külək mane olsa da, amma nazirliyin işçiləri yanğının söndürülməsinə çalışırlar.

İnsident yerinə Şabran dövlət yanğından mühafizə hissəsinin növbə rəisi Ceyhun Şəfaqətovun verdiyi məlumata görə, yanğın təxminən 500 hektar əkin, kolluk sahəsini əhatə edir. Məlumata görə, yanğın zərərsizləşdirilmək üzrədir.