Sahil metrostansiyasının yanında güclü yanğın 14 İyul 16:48

Sahil metrostansiyasının yanında güclü yanğın

Ərazidəki insanlar təxliyyə edilib.

Bakının mərkəzində yaşayış binası yanır. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, yanğın metronun "Sahil" stansiyasının yaxınlığında - Bülbül prospekti ev 2 ünvanında (Daxili İşlər Nazirliyinin 1 saylı poliklinikası yaxınlığında) yerləşən 4 mərtəbəli yaşayış binalarından birində təxminən 1 saat əvvəl başlayıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Briqadasının texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının iki maşını və həkim briqadası da əraziyə cəlb edilib.

Mənzillərdə yaşayan insanlar ərazidən təxliyə edilib.