Şahin Diniyev: "Müharibə hələ qabaqdadır" 15 İyul 15:39

Şahin Diniyev: "Müharibə hələ qabaqdadır"

Çütün taleyinə Bakıda aydınlıq gələcək.

"Mənə elə gəlir ki, biz burada nəinki Gəncə, hətta Azərbaycanı layiqincə təmsil edə bildik. Taktiki savaş idi, biz bu gün sadəcə, döyüşü uduzduq, müharibə hələ qabaqdadır. İkinci oyun var ki, onu da oynamaq lazımdır".

ANS PRESS-in məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasının II təsnifat mərhələsində səfərdə "Admira"ya uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

Ş.Diniyev cütün taleyinə Bakıda aydınlıq gələcəyini bildirib: "Admira" doğrudan da çox güclü komandadır, qarşımızda komplektləşmiş və sistemlə oynayan rəqib vardı. Futbolçularımız ağılla oynadılar, taktiki cəhətdən düzgün mübarizə apardılar. Verilən tapşırıqları yerinə yetirə bildilər. Yalnız standart vəziyyət zamanı bir fərdi səhvdən qol buraxdıq.Əgər Nicat Qurbanov fərqlənib hesabı bərabərləşdirsəydi, fərqli nəticə ola bilərdi. Fikrimiz oyunu əks hücumlardan qurub, cinahlardan sürət hesabına nəticəyə nail olmaq idi. “Kəpəz” artıq başından yuxarı tullanıb. Xarakterli, uduzmaq istəməyən komandayıq. Futbolçularıma bunun üçün təşəkkür edirəm. Hər iki komandanın mərhələ adlamaq şansı var. Cütün taleyi Bakıda həll olunacaq". 

Şahin Diniyev
Şahin Diniyev

Şahin Diniyevin yetirmələri ötən gün səfərdə Avstriya “Admira”sı ilə qarşılaşıb. Sankt-Poltendəki "NV Arena"da keçiriləcən oyun təmsilçimizin minimal hesablı məğlubiyyəti ilə yekunlaşıb - 0:1.
 
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun

Admira (Avstriya) - Kəpəz (Azərbaycan) 1:0
Qol: Starkl, 41

Hakimlər: Pavle Radovanoviç, Dimitriye Mrqunoviç, Aleksandar Cikanoviç, Miloş Savoviç (Monreneqro).
Hakim-inspektor: Neyl Barri (İngiltərə).
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya).
Sankt-Polten. "NV Arena".
"Admira": Siebenhandl, Strauss, Zviersçitz, Ebner (k), Lakner, Saks, Knasmüllner, Starkl, Paviç, Vosrtu, Bayrami
Ehtiyat oyunçular: Kuttin, Vastiç, Toth, Monsçein, Vesselu, Ayyildiz, Spiridonoviç
"Kəpəz": 88. Tadas Simaitis, 5.Kərim Diniyev, 7.Vüqar Baybalayev, 10.Dario Frederiko, 13.Şəhriyar Rahimov, 17.Nicat Qurbanov, 18 Tural Axundov (k), 25.Şəhriyar Əliyev, 36.Renan Alveş, 77.Serjinyo, 90.Julien Ebah
Ehtiyat oyunçular: 1. Əyyub Əliyev, 6.Ceyhun Cavadov, 9.Tural Qürbətov, 15. Azad Kərimov 19.Orxan Əliyev, 21.Novruz Məmmədov, 23.Tural Nərimanov