Sarkisyan aprel məğlubiyyətinə görə İsraildən qisas almağa çalışır 13 İyul 15:30

Sarkisyan aprel məğlubiyyətinə görə İsraildən qisas almağa çalışır

Ermənistan prezidenti Fələstinin müstəqilliyini dəstəklədiyini deyib.

Ermənistan prezidenti Serj Sarkisyan Fələstinшт müstəqil dövlət olmasını istədiyini deyib.

ANS PRESS-in məlumatına görə,  Livanın “Əl-Mayadin” televiziyasına münahibəsində Ermənistan prezidenti deyib ki, Fələstin xalqı öz müqəddəratını təmin etmə prinsipindən istifadə etməlidir.

"Biz çox gözəl münasibətlərə malik olduğumuz Fələstinin müsəqilliyinin tərəfdarıyıq”.

Sarkisyan deyib ki, Ermənistan ərəb ölkələri ilə ticarət-iqtisadi əlaqələrin daimi inkişafını gözləyir.

Ermənistan prezidentinin bu açıqlaması İsrail hökumətini qıcıqlandıra bilər. Çünki İsrail və Fələstin arasında uzun illərdir ki,  müstəqillik uğrunda silahlı münaqişə var.

Sarkisyanın isə belə bəyanatla çıxış etməsi gözləniləndir. Ona görə ki, İsrailin Azərbaycanla hərbi, iqtisadi və siyasi sahədə isti münasibətləri var.  İsrail Azərbaycanın ən böyük silah tədarükçülərindən biridir. 

Serj Sarkisyan - Ermənistan prezidenti
Serj Sarkisyan - Ermənistan prezidenti

Əlbəttə ki, münasibətlərin yaxşı olması Ermənistan rəhbərliyinə sərf etmir. Onlar bu qısqanclıqlarını aprelin əvvəlində Azərbaycan və Ermənistan arasında aş verən qısamüddətli müharibə zamanı tamamilə büruzə verdilər.   

Ermənistan İsrailin Azərbaycan silah satmasına kəskin etirazını bildirmişdi. Çünki Azərbaycan İsraildən aldığı dronlar vasitəsi ilə aprel döyüşləri zamanı böyük uğurlar əldə edib.

Aprelin 4-də Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan ordusu içərisində Ermənistan könüllüləri olan avtobusa zərbə endirib.

Nəticədə 5 erməni könüllüsü ölüb. Erməni tərəfinin iddiasına görə, həmin avtobusu Azərbaycan tərəfi İsraildən aldığı kamikadze-dronu ilə vurub.  

İsrail istehalı PUA
İsrail istehalı PUA

Ermənistan   İsrailə Azərbaycana silah satışını dayandırması üçün etiraz notası da vermişdi.   

2011-ci ildə Azərbaycan İsraillə ümumi məbləği $1,6 milyard həcmində silah və hərbi texnikanın alınmasına dair müqavilə bağlayıb.