Səfir azərbaycanlılara "çox sağ ol" dedi 16 İyul 05:39

Səfir azərbaycanlılara "çox sağ ol" dedi

Türkiyənin səfirliyi önünə toplaşanlar qardaş ölkəyə dəstək olub.

Bakı şəhəri sakinləri və Türkiyənin ölkəmizdə yaşayan vətəndaşları qardaş ölkənin səfirliyi qarşısında toplaşaraq iqtidara dəstək nümayiş etdiriblər. ANS TV-nin məlumatına görə, səfir Alper Coşqun ekslüziv müsahibəsində hər kəsə minnətdarlığını bildirib.

"Türkiyə fövqəladə bir vəziyyətlə qarşılaşdı və öhdəsindən gəldi. Amma sabah qaldığı yerdən demokratiya yoluna davam edəcək. Sizin sayənizdə, millətimizin gücü ilə dövlətimiz ayaq üstündədir."
Türkiyənin Azərbaycandakı səfiri "Çox sağ ol" dedi