"Seltik" Cəbəllütariq klubuna uduzdu 13 İyul 12:45

"Seltik" Cəbəllütariq klubuna uduzdu

Çempionlar Liqasında gecənin nəticələri.

Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarına start verilib. ANS PRESS-in məlumatına görə, ölkəmizi qitənin bir nömrəli yarışında təmsil edən "Qarabağ" doğma azarkeşləri önündə Lüksemburqun "Düdelanj" klubunu 2:0 hesabı ilə məğlub edib.

Matçın taleyi birinci hissədə həll olunub. Hər iki qolların müəllifi Almeyda olub. Komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək. Turun sensasiyası Cəbəllütariqdə qeydə alınıb. ÇL-də debüt edən "cırtdan ölkə" təmsilçisi "Linkoln" adlı-sanlı rəqibi, ötən mövsüm "Qarabağ"ı bu turnirdə mübarizədən kənarlaşdıran "Seltik"ə qalib gəlib. Meydan sahibi olan postsovet məkanı təmsilçilərinin hamısının qələbə qazanması diqqət çəkir. İlk oyun gününün ilk qolu Bakıda vurulub.

"Seltik” klubu
"Seltik” klubu

Bundan başqa daha 9 qarşılaşma keçirilib.


12 iyul
Çempionlar Liqası,

II təsnifat mərhələsinin ilk oyunu
"Zrinski” (Bosniya və Herseqovina) - "Legiya” (Polşa) - 1:1
"Dinamo” (Tiflis, Gürcüstan) - "Alaşkert” (Ermənistan) - 2:0
"Hapoel” (Beyer-Şeva, İsrail) - "Şerif” (Moldova) - 3:2
BATE (Belarus) - SJK (Finlandiya) - 2:0
"Linkoln” (Cəbəllütariq) - "Seltik” (Şotlandiya) - 1:0
TNS (Uels) - APOEL (Kipr) - 0:0
"Valletta” (Malta) - "Srvena Zvezda” (Serbiya) - 1:2
"Zalsburq” (Avstriya) - "Liepaya” (Latviya) - 1:0
"Vardar” (Makedoniya) - "Dinamo” (Zaqreb, Xorvatiya) - 1:2

13 iyul
21:15   "Rusenborq” (Norveç) - "Norçepinq” (İsveç)
21:15   "Jalgiris” (Litva) - "Astana” (Qazaxıstan)
21:30  "Ludoqorets” (Bolqarıstan) - "Mladost” (Monteneqro)
22:00. "Kruzaders” (Şimali İrlandiya) - "Kopenhagen” (Danimarka)
22:00. "Partizani” (Albaniya) - "Ferensvaroş” (Macarıstan)
22:45   "Dandalk” (İrlandiya) - "Hafnarfyorfur” (İslandiya)
22:30   "Olimpiya” (Sloveniya) - "Trençin” (Slovakiya)