Sərnişin qatarları toqquşdu: ölü və yaralılar var 12 İyul 16:25

Sərnişin qatarları toqquşdu: ölü və yaralılar var

Əraziyə təcili tibbi yardım briqadaları cəlb edilib.

İtaliyanın cənubunda yerləşən Apuli rayonunda 2 sərnişin qatarı toqquşub. ANS PRESS-in "Reuters"ə istinadla verdiyi məlumata görə, hadisə nəticəsində 12 nəfər həlak olub, onlarla yaralı var.

Əraziyə təcili tibbi yardım briqadaları, çox sayda yanğınsöndürən maşın cəlb edilib. Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisə yerində araşdırmalara başlanılıb. 

Anoloji hadisə bu ilin yanvarında İtaliyanın Sardiniya adasında baş verib. Kalyari şəhərində metroda iki qatar toqquşub. Nəticədə 60-dan çox insan xəsarət alıb. Ümumilikdə isə vaqonlarda 150-ə yaxın sərnişin olub. Xəsarət alanların çoxu dərsə gedən məktəblilər olub.

Yanvarın 20-də baş verən metro qatarlarının toqquşması